Azərbaycana yeni gələn hücumçu niyə "dubl"a göndərildi?

22 Sentyabr 2021 09:40 Zirə 1 799
Azərbaycana yeni gələn hücumçu niyə "dubl"a göndərildi?

«Zirə» braziliyalı legioner Velves Santosla bağlı yeni qərar verib.

Bu yay transfer olunan hücumçu qarşıdakı müddətdə əsas komandanın formasını geyinməyəcək.

20 yaşlı forvard qeyri-müəyyən müddətədək əvəzedici heyətdə çıxış edəcək.

Rəqabətə tab gətirməyən, məşqlərdə yoldaşlarından geri qalan Velves «dubl»da həm oyun praktikası qazanaraq təcrübəsini artıracaq.

Perspektiv üçün düşünülən cənubi amerikalı artıq I Divizionda özünü göstərib. O, «Səbail»lə matçda (2:1) adını tabloya yazdırıb. 17-ci dəqiqədə hesabı açan 2000-ci il təvəllüdlü «sambaçı» 74-cü dəqiqədə əvəzlənib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti