Azərbaycan klubunun legionerini dostları virusa yoluxdurub

18 İyul 2021 13:00 Zirə 2 732
Azərbaycan klubunun legionerini dostları virusa yoluxdurub

Bilindiyi kimi, "Zirə"nin Türkiyə toplanışı ləğv edilib.

Klubun mətbuat xidmətinin yaydığı məlumatda qeyd olunur ki, buna səbəb səfər öncəsi komandanın üzvlərindən birinin COVİD-19 test nümunəsinin cavabının pozitiv çıxmasıdır:

"Baş məşqçi Rəşad Sadıqov komandanın qapalı şəraitdə uzaq məsafəyə səfər edəcəyini nəzərə alaraq, belə qərar verib. "Zirə" məşqlərini ölkə daxilində davam etdirəcək".

Sportinfo.az-ın məlumatına görə, virusa yoluxan həmin futbolçu Nemanya Andelkoviçdir.

Serbiyalı legioner bu xəstəliyə dostları ilə görüş zamanı mübtəla olub. Belə ki, onlarla restoranda bir araya gələn balkanlı legionerin Türkiyə səfəri üçün nəzərdə tutulan test yoxlaması pozitiv çıxıb.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!