COP29

Azərbaycanda yığmaya bir neçə gənc cəlb olundu - FOTOLAR

3 May 02:50 Voleybol 651
Azərbaycanda yığmaya bir neçə gənc cəlb olundu - FOTOLAR

Voleybolçu kişilərdən ibarət Azərbaycan millisi Qızıl Avropa Liqası öncəsi məşqlərə start verib.

Sportinfo.az xəbər verir ki, məşqlər baş məşqçi Fərid Cəlalovun rəhbərliyi ilə Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil olunub.

Yığma turnirdə ilk oyunlarını Bakıda keçirəcəyindən hazırlıq prosesi də elə paytaxtda davam edəcək.

Məşqlərə yığmanın əsas oyunçuları ilə yanaşı, gənclər də cəlb olunublar. Xaricdə olan bir neçə oyunçu isə yaxın günlərdə məşqlərə qatılacaq.

Millimizin Qızıl Avropa Liqasında ilk mərhələdəki oyunları 17-19 may tarixlərində Bakıda baş tutacaq. Birinci turda rəqiblər Rumıniya və Ukrayna yığmaları olacaq.

Xəbər Lenti
12 İyun 18:10 Çək və bizə göndər!