Azərbaycanlı 2025-ci ildə ilk təyinatını Çempionlar Liqasında aldı

6 Yanvar 2025 02:50 Voleybol 624
Azərbaycanlı 2025-ci ildə ilk təyinatını Çempionlar Liqasında aldı

Beynəlxalq dərəcəli voleybol hakimi Eldar Zülfüqarov 2025-ci ildə ilk təyinatını alıb.

Sportinfo.az xəbər verir ki, o, qadınlar arasında Çempionlar Liqasının qrup mərhələsinin son turunda reallaşacaq Türkiyənin "Əczaçıbaşı” və Fransanın "Levallua” klublarının görüşündə ədaləti qoruyacaq.

Qarşılaşma yanvarın 22-də İstanbulda gerçəkləşəcək. Matçın digər hakimi Tomislav Popoviç (Serbiya) olacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti