Avropa çempionatına Misirdə hazırlaşacaq - Azərbaycan yığması

15 Fevral 01:40 Voleybol 230
Avropa çempionatına Misirdə hazırlaşacaq - Azərbaycan yığması

Çimərlik voleybolu üzrə 18 yaşadək qızlar arasında Avropa çempionatında iştirak edəcək Azərbaycan yığması yarışa hazırlığı Misirdə davam etdirəcək.

Sportinfo.az xəbər verir ki, komanda bu məqsədlə bu gün Şarm əl-Şeyx şəhərinə yola düşüb.

Milli burada rusiyalı mütəxəssis İqor Olefirin rəhbərliyi ilə 14 gün təlim-məşq toplanışı keçəcək. U-18 bir neçə yoxlama matçında da qüvvəsini sınayacaq.

Təlim-məşq toplanışına 6 qız voleybolçu cəlb olunub. Baş məşqçi İqor Olefirə məşqlərdə Nihad Tarverdiyev kömək edəcək.

AÇ-2024 bu il iyulun 11-dən 14-dək Gürcüstanın Kaçreti şəhərində baş tutacaq.

Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"