Azərbaycan klubları avrokuboklarda iştirak etməyəcək – YENİ GÜNDƏM

19 İyun 2021 17:40 Voleybol 1 866
Azərbaycan klubları avrokuboklarda iştirak etməyəcək – YENİ GÜNDƏM

Voleybol üzrə avrokubokların 2021/22 mövsümündə iştirak edəcək komandaların tam siyahısı açıqlanıb.

Bu dəfə rekord sayda – 197 klub avrokuboklarda iştirak üçün qeydiyyatdan keçib.

Azərbaycan klubları isə qitəmiqyaslı yarışlarda iştirak etməyəcək. Təmsilçilərimizdən heç biri qeydiyyatdan keçənlər arasında yer almayıb.

Qitə klub turnirlərinin iştirakçılarının təmsil etdiyi 36 ölkə sırasına düşməyən Azərbaycan bir müddət əvvələ qədər Avropanın ən güclü liqalarına malik idi.

Lakin son vaxtlar tənəzzülə uğrayan voleybolumuz növbəti dəfə Avropa səhnəsinə çıxmayacaq.

Ötən il “Azərreyl” qitə kubokları üçün qeydiyyatdan keçsə də, sonradan yarışa qatılmaqdan boyun qaçırmışdı. Buna koronavirus pandemiyası və onun doğurduğu fəsadlar səbəb olmuşdu.

Azərbaycan klubları dəfələrlə avrokubokların “Dördlər finalı”nda çıxış edib, medallar qazanıb. Təmsilçilərimiz Çempionlar Liqasının mükafatlarına, həmçinin “Top-komandalar” və “Çelenc kuboku”na sahib olub.

İndi isə maliyyə problemləri bu kimi yarışlarda iştirak etməyə imkan vermir. Komandalar pandemiya səbəbindən ötən ilin martından etibarən fəaliyyətini faktiki olaraq dayandırıb.

ederasiya isə artıq onları maliyyələşdirmk, oyunçuları maaşla təmin etmək imkanını itirib. Bununla bağlı yaranmış vəziyyət beynəlxalq qurumun - CEV-in də nəzərinə çatdırılıb.

Avropa Voleybol Konfederasiyasına xəbərdarlıq olunub ki, qeyri-müəyyənliyin nəvaxtadək davam edəcəyi bilinmir, çünki klublara maliyyə vəsaiti ayıracaq sponsorlar yoxdur.

SPORTİNFO.AZ

Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!