Qarayevin səhhətində problem yarandı, təcili Türkiyəyə aparıldı

20 Fevral 2021 00:42 Voleybol 1 175
Qarayevin səhhətində problem yarandı, təcili Türkiyəyə aparıldı

Azərbaycan Voleybol Federasiyasının vitse-prezidenti Faiq Qarayevin səhhətində problem yaranıb.

Sportinfo.az xəbər verir ki, 62 yaşlı mütəxəssis ürəyindən müalicə olunmaq üçün Türkiyəyə yollanıb.

Federasiyanın mətbuat xidmətindən bildirilib ki, Faiq Qarayev Türkiyədə müayinədən keçib və səhhətində o qədər də ciddi problemlər yoxdur.

Yaxın günlərdə Azərbaycana qayıdacaq.

Onun istefası ilə bağlı söz-söhbətlər isə doğru deyil. Faiq Qarayev Azərbaycana qayıdandan sonra vəzifəsini yerinə yetirəcək.

Digər Xəbərlər
Xəbər Lenti
18 Oktyabr 18:50 Çək və bizə göndər!
18 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
18 Oktyabr 08:20 Əsgərov PAOK yolunda