Günah onun xanımında imiş? - FOTOLAR

11 Avqust 2024 04:50 Türkiyə 1 110
Günah onun xanımında imiş? - FOTOLAR

Türkiyə qadın voleybol milli komandasının Paris-2024 Yay Olimpiya Oyunlarının qrup mərhələsində İtaliyaya 0:3 hesablı məğlubiyyəti müzakirə yaradıb.

Sportinnfo.az xəbər verir ki, buna səbəb isə “ay ulduzlular”ın baş məşqçisi Daniele Santarellinin həyat yoldaşı Monika De Cennaronun rəqib komandanın heyətində oynamasıdır.

Sosial şəbəkə istifadəçiləri bu amilin nəticəyə təsir etdiyini bildiriblər.

Həmçinin müzakirələrdə Santarellinin uduzmasının səbəblərindən biri kimi onun İtaliyanın ən güclü klublarından olan “İmoko Volley”i çalışdırmasının da rol oynadığı yer alıb. Buna görə baş məşqçini tənqid atəşinə tutulub.

Monika De Cennaro və Daniele Santarelli cütlüyü 7 ildir evlidir.




Digər Xəbərlər
Xəbər Lenti
18 Oktyabr 18:50 Çək və bizə göndər!
18 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
18 Oktyabr 08:20 Əsgərov PAOK yolunda
18 Oktyabr 03:50 UEFA-nın kursu Qubada