Transfer qadağası ləğv olundu - Super Liqa klubunun

11 Sentyabr 2020 01:52 Türkiyə 621
Transfer qadağası ləğv olundu - Super Liqa klubunun

“Ankaragücü”yə tətbiq olunan transfer qadağası ləğv olunub.

Sportinfo.az xəbər verir ki, bu barədə Super Liqa klubunun prezidenti Fatih Mert sosial şəbəkə hesabında məlumat yayıb.

Qeyd edək ki, “Ankaragücü” ötən mövsümün əvvəlində Erto Tomas və Alessio Çerçi ilə yollarını ayırsa da, onlara olan borcunu ödəməmişdi. Bu üzdən də hər iki legioner klubdan şikayət etmiş və Super Liqa təmsilçisinə transfer qadağası qoyulmuşdu.

Artıq Erto və Çerçi ilə razılıq əldə olunub. Bu üzdən də transfer qadağası aradan qaldırılıb. Ankara təmsilçisinin bu yay heyətinə qatdığı oyunçuların yeni mövsüm öncəsi sifariş olunması üçün heç bir problem qalmayıb.

Digər Xəbərlər
Xəbər Lenti