“Beşiktaş”da koronavirus testinin nəticələri açıqlandı

29 May 2020 01:52 Türkiyə 1 003
“Beşiktaş”da koronavirus testinin nəticələri açıqlandı

"Beşiktaş”ın kollektivi növbəti dəfə koronavirus testindən keçirilib.

Sportinfo.az xəbər verir ki, futbolçu və məşqçi heyətindən, eləcə də bazada çalışanlardan çərşənbə günü götürülən testlərin nəticəsi bu gün açıqlanıb.

Klubun mətbuat xidmətindən verilən məlumata görə, bütün testlərin nəticəsi mənfi çıxıb. Bu üzdən də İstanbul təmsilçisi öncədən planlaşdırılmış məşq proqramına uyğun hazırlığını davam etdirir.

Koronavirus pandemiyasına görə martdan bəri dayandırılan Türkiyə Super Liqasında mövsüm iyunun 12-dən etibarən bərpa olunacaq.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"