"Beşiktaş" icarəyə götürdüyü hücumçunu qaytarır

24 Aprel 22:20 Türkiyə 205
"Beşiktaş" icarəyə götürdüyü hücumçunu qaytarır

"Beşiktaş" "Sportinq"dən icarəyə götürdüyü Abdulay Diabi ilə bağlı qərar verib.

Sportinfo.az xəbər verir ki, İstanbul təmsilçisi 28 yaşlı hücumçunu heyətdə saxlamaq fikrində deyil.

Mali millisinin üzvü Lissabon klubuna qayıdacaq. Diabi bu mövsüm 29 oyunda 2 qol vurub, 2 assist edib.

"Beşiktaş" daha öncə Fransanın "Qenqam" klubundan icarəyə götürdüyü portuqaliyalı müdafiəçi Pedru Rebuşunun müqaviləsini uzatmamağa qərar vermişdi. "Liverpul"dan icarəyə götürülən alman qapıçı Loris Karius isə İngiltərə klubuna qayıdıb.

Xəbər Lenti