“Əla transferdir, müqavilə bağlayanda xəbərimiz var idi ki..."

6 Noyabr 2023 01:40 Fransa 832
“Əla transferdir, müqavilə bağlayanda xəbərimiz var idi ki..."

PSJ-nin baş məşqçisi Luis Enrike komandanın yarımmüdafiəçisi Li Kanq İn haqqında fikirlərini bölüşüb.

Sportinfo.az xəbər verir ki, ispaniyalı mütəxəssis koreyalı futbolçunun klub üçün əla transfer olduğunu bildirib:

“Li Kanq İn gəncdir, lakin həm hücumda, həm də müdafiədə oynamağı bacarır, cərimə meydançasına daxil ola, cinahlardan hücuma keçə, müdafiə oluna və qol vura bilir.

O, tam oyunçudur. Bu, klub üçün əla transferdir.

Onunla müqavilə bağlayanda potensialından xəbərimiz var idi. Onun təkmilləşdirmək üçün yeri var, o, yaxşı işləyir”.

Futbolçu PSJ-yə ötən yay “Malyorka”dan keçib. O, bu mövsüm bütün yarışlarda 7 matçda iştirak edib, 2 qol vurub və 1 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti