"Çelsi"də oynamaq istəyir - "Mançester Siti"dən imtina etdi

17 Avqust 2023 01:40 İngiltərə 866
"Çelsi"də oynamaq istəyir - "Mançester Siti"dən imtina etdi

"Kristal Pelas"ın yarımmüdafiəçisi Maykl Olise "Mançester Siti"yə keçə bilərmiş.

Sportinfo.az xəbər verir ki, "şəhərlilər" fransalı futbolçunun transferi üçün ciddi təklif irəli sürsə də, o, "Çelsi"də oynamaq istəyindədir.

“Mançester Siti”nin vingeri Riyad Mahrez bu yaxınlarda 35 milyon avroya Səudiyyə Ərəbistanının “Əl-Əhli” klubuna keçib.

Mançester təmsilçisi də Oliseni əlcəzairlinin əvəzinə komandaya cəlb etməyi planlaşdırılıb. Lakin 2001-ci il təvəllüdlü futbolçunun cavabı onlar üçün gözlənilməz olub.

2022/2023 mövsümündə Olise "Kristal Pelas"ın heyətində bütün yarışlarda 40 oyuna çıxaraq 2 qol vurub, 11 məhsuldar ötürmə edib.

"Kristal Pelas”la hazırkı müqaviləsi 2026-cı ilin iyun ayının sonuna kimi qüvvədədir.

Daha əvvəl "Çelsi" və "Kristal Pelas" arasında Olisenin transferi ilə bağlı razılıq əldə olunduğu haqda məlumat yayılmışdı.

Digər Xəbərlər
Xəbər Lenti