COP29

“Qalatasaray” azarkeşi olan ata və qızını döyən 7 nəfərə hansı cəza verildi?

10 May 00:10 Türkiyə 463
“Qalatasaray” azarkeşi olan ata və qızını döyən 7 nəfərə hansı cəza verildi?

“Qalatasaray” voleybol klubunun azarkeşi olan ata və qızını döyən yeddi nəfərin cəzası bəlli olub.

Sportinfo.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatında məlumat yayılıb.

Bildirilib ki, həmin şəxslərin üçü haqqında həbs qərarı çıxarılıb. Dördü isə məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb.

Aprelin 5-də Üsküdar Burhan Fələk İdman Salonunda oynanılan matçdan sonra 7 nəfər Uğur İris ilə qızı Emine Nil İrisi döyüb. Onlar azarkeşlərin əlindən klubun bayraqlarını və pankartları almağa çalışıblar.

Digər Xəbərlər
Xəbər Lenti