“Qarabağ”dan onu transfer etdilər, daha iki legioner alırlar

22 İyun 03:40 Türkiyə 963
“Qarabağ”dan onu transfer etdilər, daha iki legioner alırlar

Azərbaycan millisinin futbolçusu Toral Bayramovun yeni komandası “Bursaspor” heyətini gücləndirmək üçün transfer çalışmalarını davam etdirir.

Sportinfo.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, I Liqa klubu daha 2 oyunçunun keçidini həll etməyə çalışır.

Hədəfi Superliqaya yüksəlmək olan bursalılar “Qaziantep”in rumıniyalı pleymeykeri Aleksandru Maksim və “Leqanes”in qvineyalı dayaq yarımmüdafiəçisi Amadu Diavara ilə danışıq aparır. Maksimlə danışıqlar artıq son mərhələdədir.

6 ildir karyerasını Türkiyədə davam etdirən 35 yaşlı rumıniyalı keçidə razıdır. Diavara ilə danışıqlara isə yeni başlanılıb.

Toral Bayramov bu yay “Qarabağ”dan “Bursaspor”a keçib.

Digər Xəbərlər
Xəbər Lenti