"Fənərbaxça"nın yeni baş məşqçisi müəyyənləşib.
Sportinfo.az xəbər verir ki, bu baradə İstanbul təmsilçisi məlumat yayıb.
Klubdan KAP-a (İctimaiyyəti Məlumatlandırma Platforması) göndərilən açıqlamada 64 yaşlı mütəxəssislə 1 illik müqavilə imzalandığı bildirilib.
İsmayıl Kartal 2024-cü ilin iyununda "Fənərbaxça"dan ayrılmışdı. O, bununla da "sarı-lacivərdlilər"də 4-cü dövrünə başlayacaq.
Təcrübəli çalışdırıcı son olaraq 2025-ci ilin yanvar-iyun aylarında İranın "Persepolis" klubunu çalışdırıb.

