Mourinyo Mülleri öz komandasında görmək istəyir

12 Aprel 2025 10:00 Türkiyə 781
Mourinyo Mülleri öz komandasında görmək istəyir

“Bavariya”nın hücumçusu Tomas Müller karyerasını Türkiyədə davam etdirə bilər.

Sportinfo.az bu barədə “Spor Arena”ya istinadən xəbər verir.

Mənbənin məlumatına görə, alman forvard ilə “Fənərbaxça” maraqlanır. İstanbul təmsilçisinin baş məşqçisi Joze Mourinyonun Mülleri komandada görmək istədiyi bildirilir.

“Fənərbaxça”nın Müllerə 1+1 illik müqavilə təklif edəcəyi iddia edilir.

35 yaşlı forvard bu mövsümün sonunda Münhen nəhəngi ilə yollarını ayıracaq.

Futbolçu bu mövsüm 37 oyun keçirib, 6 qol vurub və 5 məhsuldar ötürmə edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti