Region oyunundan sonra futbolçular arasında dava düşdü, bıçaqlanma oldu - VİDEO+FOTO

8 Aprel 2025 15:20 Türkiyə 1 130
Region oyunundan sonra futbolçular arasında dava düşdü, bıçaqlanma oldu - VİDEO+FOTO

Türkiyənin Siirt şəhərində həvəskarlar arasında keçirilən “Kurtalanspor” - “Hakkari Zap Spor” region oyunundan sonra futbolçular arasında dava düşüb.

Sportinfo.az “Sabah” nəşrinə istinadən xəbər verir ki, əlbəyaxa mübahisəyə azarkeşlər də qarışıb.

Hadisədə “Hakkari Zap Spor”un futbolçusu azarkeşlərdən biri tərəfindən bıçaqlanıb.

Yaralı futbolçu sağlamlıq qrupları tərəfindən xəstəxanaya çatdırılıb və ona tibbi yardım göstərilib. Onun həyatı üçün təhlükə olmadığı bildirilib.

Mübahisə polisin müdaxiləsi ilə sonlandırılıb.

Qeyd edək ki, oyun “Kurtalanspor”un 3:1 hesablı qələbəsi ilə bitib.

Görüntüləri təqdim edirik:

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti