Mourinyo söz-söhbətlərə son qoydu: “Mənə Ronaldo lazım deyil”

7 Dekabr 2024 00:00 Türkiyə 764
Mourinyo söz-söhbətlərə son qoydu: “Mənə Ronaldo lazım deyil”

“Fənərbaxça”nın baş məşqçisi Joze Mourinyo Kriştiano Ronaldonun mümkün transferindən danışıb.

Ызщкештащ.az “Fotospor”-a istinadən xəbər verir ki, portuqaliyalı çalışdırıcı ona hazırda mərkəz hücumçusunun lazım olmadığını bildirib:

“Ronaldo? Xeyr, o olmayacaq. Mənə hazırda mərkəz hücumçusu lazım deyil.

Ronaldo həmişə Ronaldodur, amma mənə tamamilə uyğun olan hücumçularım var. Ronaldo qollarının sayını minə çatdırmağa can atır.

Onu Türkiyəyə köçməyə nə sövq edə bilər, bilmirəm”.

39 yaşlı portuqaliyalı forvard 2023-cü ilin yanvarından Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda çıxış edir. Onun bu klubla hazırkı müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədərdir.

Digər Xəbərlər
Xəbər Lenti
10 Oktyabr 18:10 Çək və bizə göndər!
10 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
10 Oktyabr 11:00 “Qarabağ” da bunu edib
10 Oktyabr 04:00 Onların uşaqları olacaq
10 Oktyabr 02:50 “Əsas məsələ bu idi”