“Qalatasaray” bu qədər pul verməyə hazır deyil

9 Sentyabr 2024 22:00 Türkiyə 1 443
“Qalatasaray” bu qədər pul verməyə hazır deyil

Son klubu “Yuventus” olan Fransa millisinin yarımmüdafiəçisi Adrien Rabyo karyerasını Türkiyə çempionatında davam etdirə bilər.

Sportinfo.az “Todofichajes”-ə istinadən xəbər verir ki, “Qalatasaray” 29 yaşlı futbçunun xidmətində maraqlıdır.

Transferə əsas maneə Rabyonun yüksək maaş tələbləridir. O, ildə 7-8 milyon avro almaq istəyir. “Cim-bom” ona bu qədər pul verməyə hazır deyil.

Fransalı yarımmüdafiəçi yeni klubu ilə bağlı son seçim etməyə tələsmir. O, maaş tələblərinin ödənilə biləcəyi Premyer Liqadan təklif alacağına ümid edir.

Digər Xəbərlər
Xəbər Lenti
19 Dekabr 18:10 Çək və bizə göndər!
19 Dekabr 11:10 UEFA-dan AFFA-ya məktub
19 Dekabr 03:10 Azərbaycanda 12:2