“Bayer"in forvardını icarəyə götürməyi planlaşdırır - "Beşiktaş"

11 Aprel 2024 18:40 Türkiyə 635
“Bayer"in forvardını icarəyə götürməyi planlaşdırır -

"Beşiktaş" "Bayer"in çexiyalı hücumçusu Patrik Şiki icarəyə götürməyi planlaşdırır.

Sportinfo.az xəbər verir ki, İstanbul təmsilçisi artıq Leverkuzen təmsilçisi ilə danışıqlara başlayıb və forvardı icarəyə götürməyi planlaşdırır.

Türkiyə klubu "Bayer"ə bir mövsümlük icarə təklifi göndərib.

Çexiyalı hücumçu Bundesliqada 14 oyun keçirib və 5 qol vurub.

28 yaşlı futbolçunun Avropa Liqasında isə 5 oyuna 5 qolu var. Patrik 2020-ci ildə “Roma”dan “Bayer”ə keçib.

Onun Almaniya klubu ilə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir. Şik “Sparta”, “Bohemians”, “Sampdoriya”, Leyptsiq”də oynayıb.

Digər Xəbərlər
Xəbər Lenti
26 Oktyabr 20:00 Çək və bizə göndər!
26 Oktyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
26 Oktyabr 08:20 “Neftçi”nin ASLANları
26 Oktyabr 07:10 Leysan, dolu, sulu qar...
26 Oktyabr 04:00 “Neftçi” məğlub oldu