Almaniya millisini yox, Türkiyəni seçdi - CAN

29 Fevral 01:30 Türkiyə 419
Almaniya millisini yox, Türkiyəni seçdi - CAN

II Bundesliqada mübarizə aparan "Nürnberq"in hücumçusu Can Uzun milli komanda seçimini edib.

Sportinfo.az xəbər verir ki, Türkiyənin aşağı yaş qruplarından ibarət yığmalarında çıxış etmiş 18 yaşlı forvard əsas milli seçimini də "ay-ulduzlular"dan yana edib.

Gənc futbolçu Türkiyə Futbol Federasiyasının milli komandalarla məsul şəxsi olan Hamit Altıntopla görüşərək qərarını bildirib.

Onun mart ayında Türkiyə millisinin keçirəcəyi yoldaşlıq oyunlarına dəvət alacağı gözlənilir.

Almaniya Futbol Federasiyası da istedadlı oyunçunun milli komandada çıxış etməsi üçün onunla danışıqlar aparırdı.

Can Uzun bu mövsüm "Nürnber"in heyətində meydana çıxdığı 22 rəsmi matçda 14 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti