Türkiyə klubunun prezidenti: "O, bəzən qeyri-sabit çıxış edir, amma narahat deyilik"

21 Fevral 11:40 Türkiyə 944
Türkiyə klubunun prezidenti: "O, bəzən qeyri-sabit çıxış edir, amma narahat deyilik"

«Bizim əsas hədəflərimiz növbəti sezonla bağlıdır».

«Manisa»nın prezidenti Mevlut Atkan Sportinfo.az-a açıqlamasında belə deyib.

Türkiyənin I Liqasında mübarizə aparan klubun başqanı millimizin müdafiəçisi Sertan Taşkınla bağlı planlarının olduğunu bildirib.

Onun sözlərinə görə, qış fasiləsində «Turan Tovuz»dan transfer etdikləri sol cinah oyunçusu ilə 1,5 illik müqavilə bağlamaqda məqsədləri gələn mövsümün heyətini indidən formalaşdırmaqdır:

«Yaxınlarda Manisada yeni stadion açdıq. Yerli dövlət qurumları və bələdiyyənin köməkliyi ilə şəhərimizə gözəl bir stadion bəxş etdik.

Əlbəttə, istərdik ki, hər oyunda qələbə qazanaq və azarkeşlərimizi sevindirək. Hələlik turnir cədvəlində 10-cu yerdəyik.

Açığını demək lazımdırsa, builki hədəfimiz pley-off mərhələsinə vəsiqə qazanmaqdır.

Görürsüz, mən hələ Super Liqadan danışmıram. Onun da öz vaxtı var. gənc klubuq, pillə-pillə irəli getmək istəyirik.

Sertanın bacarağına bələdik və inanırıq ki, o, önümüzə qoyduğumuz məqsədlərə çatmağımızda bizə yardımçı olacaq.

Doğrudur, bəzən qeyri-sabit çıxış edir, amma biz bundan narahat deyilik. Komandaya tam öyrəşəndən sonra hər şey yaxşı olacaq. Çünki bu qış yeni gələnlərimiz çoxdur».

Digər Xəbərlər
Xəbər Lenti