COP29

“Adana Dəmirspor”un prezidenti “Sportinfo”ya “Şah“ haqda elə sözlər dedi ki…

6 Dekabr 2023 11:40 Türkiyə 8 050
“Adana Dəmirspor”un prezidenti “Sportinfo”ya “Şah“ haqda elə sözlər dedi ki…

“Şahruddin Məhəmmədəliyevin çıxışından çox razıyıq, çox yaxşı qapıçıdır”.

Bu açıqlamanı ”Sportinfo TV”nin aparıcı-eksperti Elçin Cəfərovla söhbəti zamanı “Adana Dəmirspor”un prezidenti Murat Sancak deyib.

Türkiyə klubunun rəhbəri tanınmış jurnalistə deyib ki, millimizin “1 nömrə”sinə özünü göstərməsi üçün vaxt lazımdı:

“Şahruddin forma şansı gələndə bundan istifadə edəcək. Azərbaycandakı qardaşlarımıza bir daha demək istərdim ki, Şahruddindən çox razıyıq, xarakterli insandır.

Sənin vasitən ilə açıqlamaq istərdim ki, keçmiş baş məşqçimiz Patrik Kulivertin adından Şahruddinlə bağlı yayılan neqativ fikirlər həqiqəti əks etdirmir.

Bu yalan xəbərləri kim yayır, anlaya bilmirəm”.

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"