Türkiyə Superliqasının 3-cü turunun ertələnmiş matçında “Adana Demirspor” öz meydanında “Beşiktaş”ı qəbul edib.
Sportinfo.az xəbər verir ki, Yeni Adana Stadionunda keçirilən oyun ev sahiblərinin 4:2 hesabı ilə qələbəsi ilə başa çatıb.
“Mavi şimşəklər”in qollarını 8-ci dəqiqədə Yunes Belanda, 17-ci dəqiqədə Mbay Nyanq, 59-cu dəqiqədə Emre Akbaba və 75-ci dəqiqədə Yusuf Erdoğan vurub.
“Ağ-qaralar”ın heyətində isə 79-cu dəqiqədə Vensan Abubakar və 89-cu dəqiqədə kosovalı Milot Raşitsa fərqlənib.
Tarixində ilk dəfə “Beşiktaş”a 4 qol vuran “Adana Demirspor” rəqibini 35 il aradan sonra ilk dəfə yenib.
İstanbul təmsilçisi “Trabzonspor” səfərindəki 3:0 hesablı ağır məğlubiyyətdən sonra ard-arda ikinci dəfə səfərdə qapısından xeyli sayda top buraxaraq yenilib.
Hazırda “Adana Demirspor”un 11, “Beşiktaş”ın isə 10 xalı var. Komandalar müvafiq olaraq 3 və 6-cı pillələrdə qərarlaşıblar.
“Adana Dəmirspor”un qapıçısı Şahruddin Məhəmmədəliyev bu qarşılaşmanın iştirakçısı olmayıb. Onun adı iştirak ərizəsinə də daxil edilməyib.
Buna səbəb görüşün vaxtının ertələnməsi və oyunun əvvəlki tarixində baş tutmalı olduğu dövrdə "Şah"ın Türkiyə klubuna transferinin rəsmiləşməməsidir.
Belə ki, Məhəmmədəliyev adanalıların sıralarına sentyabrın 8-də qoşulub. Bu səbəbdən də 29 yaşlı "əlcək sahibi" matçı kənardan seyr edib.
"Adana Dəmirspor" - "Beşiktaş" 4:2
Qollar: Belhanda, 8. Nyanq, 17. E.Akbaba, 59. Y.Erdoğan, 75 – Abubakar, 79. Raşiça, 90.