"Fənərbaxça"nın Azizini istəyir - "Beşiktaş"

16 Mart 2023 00:10 Türkiyə 257
"Fənərbaxça"nın Azizini istəyir -

"Beşiktaş" yay transfer pəncərəsi zamanı müdafiə xəttini yeni futbolçu ilə gücləndirmək istəyir.

Sportinfo.az xəbər verir ki, "qara qartallar" əzəli rəqibi olan "Fənərbaxça"nın futbolçusu Serdar Azizin xidmətində maraqlıdır.

"Beşiktaş" 32 yaşlı mərkəz müdafiəçisi üçün yayda "sarı-lacivərtlilər"ə təklif göndərəcək.

Serdar Aziz "Fənərbaxça"ya 2019-cu ilin yanvar ayında "Qalatasaray"dan keçib. Təcrübəli oyunçu cari mövsümdə komandanın heyətində 17 rəsmi matçda meydana çıxıb.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!