Məşhur hücumçunun menecer xanımı "Qalatasaray"dan nələr istəyib?

10 Sentyabr 2022 21:40 Türkiyə 994
Məşhur hücumçunun menecer xanımı "Qalatasaray"dan nələr istəyib?

"Qalatasaray"ın argentinalı yeni transferi Mauro İkardinin həyat yoldaşı və meneceri olan Vanda Naranın ərinin bu kluba keçidi zamanı İstanbul təmsilçisindən bir sıra tələbləri olub.

Sportinfo.az xəbər verir ki, bu barədə Argentina mətbuatı məlumat yayıb.

Xəbərdə bildirilir ki, "Qalatasaray" İkardi ilə danışıq aparan zaman Vanda Naranın da istəklərini dinləyib və onların yerinə yetiriləcəyi söz verildikdən sonra bu transfer baş tutub.

Nara Türkiyəyə gəlməmişdən əvvəl klubdan onlar üçün xüsusi aşbaz, uşaqları üçün məktəb, dekabr ayına qədər ödənişi edilmiş otel otağı, ailəliklə yaşayacaqları ev, xüsusi mühafizə və 24 saat onlara xidmət edəcək sürücü tələb edib.

Eyni zamanda Nara menecer işi ilə bağlı tez-tez İstanbul - Buenos-Ayres təyyarə reyslərinin olacağını və bunu klubun təşkil etməsini istəyib. "Qalatasaray"dan Vanda Naraya istəklərinin təmin ediləcəyi bildirilib.

Müqavilə ilə PSJ-yə məxsus olan İkardi 1 il icarə əsasında "Qalatasaray"da çıxış edəcək.

Digər Xəbərlər
Xəbər Lenti