Azərbaycanlı legioner baş məşqçi ilə vidalaşdı

19 Sentyabr 2021 20:00 Türkiyə 1 346
Azərbaycanlı legioner baş məşqçi ilə vidalaşdı

Azərbaycan millisinin futbolçusu Namiq Ələskərovun çıxış etdiyi "Bursaspor" baş məşqçisi Fatih Tekke ilə yollarını ayırıb.

Sportinfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 44 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Buna I liqada mübarizə aparan komandanın uğursuz çıxışı səbəb olub. Bursa təmsilçisi Tekkenin başçılığı altında meydana çıxdığı 4 oyunda cəmi 4 xal toplaya bilib.

"Bursaspor" IV turda bu gün "Tuzlaspor"un qonağı olub. Görüş qolsuz heç-heçə ilə başa çatıb. Meydan sahibləri 33-cü dəqiqədə azlıqda qalıblar.

Görüşə start heyətində başlayan Ələskərov 49-cu dəqiqədə komandasına penalti qazandırsa da, topa yaxınlaşan Massimo Bruno fürsəti boşa verib.

Fatih Tekke avqustun 24-də "Bursaspor"a baş məşqçi təyin olunmuşdu.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!