Hansı klub Cengiz Ündəri Türkiyəyə qaytarmaq istəyir?

21 Aprel 2021 18:20 Türkiyə 1 224
Hansı klub Cengiz Ündəri Türkiyəyə qaytarmaq istəyir?

"Lester Siti"nin "Roma"dan icarəyə götürdüyü Cengiz Ündər yayda məxsus olduğu kluba qayıdacaq.

Sportinfo.az xəbər verir ki, İtaliya təmsilçisi yeni mövsüm üçün düşünmədiyi türkiyəli futbolçunu satmağa hazırlaşır.

"Trabzonspor" 23 yaşlı yarımmüdafiəçini heyətinə qatmaq istəyir. Qara dəniz təmsilçisi futbolçunu icarəyə götürməyə çalışacaq.

Cengiz bu mövsüm keçirdiyi 21 oyunda 2 qol vurub, 3 məhsuldar ötürmə edib. "Altınordu"nun yetirməsi 2017-ci ildə "Başakşəhər"dən "Roma"ya keçmişdi.

Digər Xəbərlər
Xəbər Lenti