Günün sualı - “Turan” bu gün Tovuzda uduzacaq?

6 Aprel 15:00 Turan 424
Günün sualı - “Turan” bu gün Tovuzda uduzacaq?

Premyer Liqanın 29-cu turunun prinsipial oyunlarından biri Tovuzda baş tutacaq.

Cari mövsümdə ev komandası kimi tanınan “Turan Tovuz” ötən mövsümün gümüş mükafatçısı “Sabah”ı qəbul edəcək.

Bu komandaların ötən mövsümdən bu yana şəxsi görüşlərdə qeydə alınan nəticələrlə bağlı maraqlı fakt diqqət çəkməyə bilməz.

Söhbət Ayxan Abbasovun yetirmələrinin 2022-ci ilin avqustundan bu yana “Sabah”a doğma azarkeşlərinin önündə uduzmasından gedir.

Ötən mövsüm bölgədə iki, cari mövsümdə bir dəfə üz-üzə gələn komandaların duellərindən “tələbələr” bütün hallarda qalib ayrılıb – 1:0, 2:0, 3:2.

Qərb təmsilçisi doğma meydanda bu rəqibindən 1 xal da ala bilməyib.

Əvəzində, səfər görüşlərindəki üstünlük “Turan Tovuz”un tərəfindədir.

2022-ci ildən bu yana “Bank Respublika Arena”da dörd dəfə qarşılaşan kollektivlərin görüşündə tovuzlular iki dəfə qələbəyə sevinib (2:0, 3:0), bir dəfə heç-heçə qeydə alınıb (1:1), bir dəfə tovuzlular rəqibinə məğlub olub – 1:3.

Rəqəmlər bugünkü oyunda meydan sahiblərinin uduzacağını deyir. Lakin yükun hesab bəzən statistika həvəskarlarını aldatmağı bacarır.

Bu gün Tovuz şəhər stadionunda keçiriləcək qarşılaşma saat 16:00-da start götürəcək.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti