Berdiyev “Qarabağ”la oyundan əvvəl futbolçulara nə deyibmiş?

4 Noyabr 2024 16:40 Turan 1 369
Berdiyev “Qarabağ”la oyundan əvvəl futbolçulara nə deyibmiş?

“Qarabağ” kimi komandadan 1 xal almaq həqiqətən xoşdur, meydanda canımızı qoyduq”.

Bu sözləri Sportinfo.az-a “Turan Tovuz” – “Qarabağ” oyunu ilə bağlı danışan Şəhriyar Əliyev deyib.

Tovuzluların kapitanı güclü rəqibə məğlub olmamağın kökündə baş məşqçinin verdiyi tapşırıqların düzgün yerinə yetirilməsinin dayandığını gizlətməyib.

Kapitan Kurban Berdıyevin futbolçulardan nə tələb etdiyini gizlətməyib:

“Baş məşqçimizin ən başlıca tapşırığı o idi ki, rəqib oyunçulara boşluq verməyək, bacardıqca yaxın oynayacaq.

Bir az boşluq verən kimi istədiyini yerinə yetirə bilən komandadır. İstər avrokuboklarda, istərsə də daxili yarışlarda bunu görürük.

Ona görə də “Qarabağ”ın futbolçularına topu qəbul edib, düşünmək imkanı vermirdik.

Start “11-liy”indən də bilinirdi ki, bizə qarşı ciddi hazırlaşıblar. Azarkeşlərimizi sevindirmək üçün əlimizdən gələni etdik.

Fikrimcə, qələbə də qazana bilərdik. Ancaq “Qarabağ”la görüşdə qazanılan 1 xalı da qələbəyə bərabər qəbul etmək olar”.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 23:40 Bölgə klubunda pul davası!
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
18 Sentyabr 01:00 "Mingəçevir" qalib gəldi