"Bu il bizim üçün daha asan olacaq"

6 Aprel 18:50 Turan 375
"Bu il bizim üçün daha asan olacaq"

"Vacib oyun idi. Qələbə qazanmaq istəyirik. "Sabah"a heç vaxt evdə qalib gəlməmişdik. Futbolçularıma inanırdım. Bu mövsüm evdə yaxşı oynayırıq. Fürsətlərdən yaxşı istifadə etdik. Qoldan sonra da şanslarımız oldu. İtkilərimiz çoxdur. Bu gün də Aleks Sernano cazalı duruma düşdü. Nəsə fikirləşəcəyik".

Sportinfo.az xəbər verir ki, bu sözləri "Turan Tovuz"un baş məşqçisi Ayxan Abbasov Premyer Liqanın 29-cu turunun "Sabah"la görüşündən sonra keçirilmiş mətbuat konfransında deyib. O, jurnalistlərin suallarını cavablandırıb.

- Zədəli və cəzalı oyunçuların fonunda "Qəbələ" ilə matçda mövqe dəyişiklikləri edəcəksiz?

- Bu il orta xətdə oyunçularımız zədələnir. Xəyal Nəcəfovu məcburiyyətdən dayaq yarımüdafiəçisi oynadırıq. Mövqe dəyişiklikləri edə bilərik. Bu gün Milner də zədələndi. Çempionatın sonuna yaxın belə hallar olur. Buna hazır olmaq lazımdır.

- Avrokuboklara vəsiqə qazanmaq şansınız var. Bu komandanın üzərində təzyiq yaratmır?

- Təzyiq altında deyilik. Gələcəkdə iddialı olmaq, avrokuboklar uğrunda oynamaq istəyirik. Klub olaraq inkişaf edirik. Əgər şansımız varsa, bundan istifadə etmək istəyərik. Bu il bəzi komandalar çempionata zəif başladılar. Turnir cədvəlində bunun da rolu var. Gələcəyi fikirləşirik.

- Heyəti qorumaq çətin olmayacaq?

- Bu il bizim üçün daha asan olacaq. Çünki, əksər oyunçuların bizimlə müqaviləsi var. Bununla yanaşı yeni futbolçular da cəlb olunmalıdır.

- Roderik Milnerin durumu necədir?

- Ayağı burxulub. Ayxan Quseynovda da eyni zədədir.

Digər Xəbərlər
Xəbər Lenti