Yeni sponsor 3 nümayəndəsini Premyer Liqa klubunda rəhbər vəzifəyə gətirdi

23 Fevral 2023 16:00 Turan 1 417
Yeni sponsor 3 nümayəndəsini Premyer Liqa klubunda rəhbər vəzifəyə gətirdi

«Turan Tovuz»la əməkdaşlığa başlayan «Hünər Qrup»un 3 təmsilçisi klubda işə başlayıb.

Yeni baş sponsorun nümayəndələri İdarə Heyətində görəv alıb.

Onlara 4,5 illik müqavilə əsasında yüksək səlahiyyət verilib. Şirkətin ayırdığı vəsaitə nəzarəti bu şəxslər həyata keçirəcək.

İdarə Heyətində təmsil olunan yeni simalardan biri futbol camiəsinə daha yaxşı tanışdır. Bu, vaxtilə «Qəbələ»də marketinq sahəsi üzrə çalışmış Səməd Nəsibovdur.

Əyalət klubunda göstərdiyi fəaliyyətlə böyük hörmət qazanan Nəsibov peşəkar mütəxəssisdir. Öz işini əla bilən və təmiz reputasiyaya malik personadır.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti