“Qarabağ”a ƏLA JEST ETDİLƏR

18 Fevral 2023 23:40 Turan 1 358
“Qarabağ”a ƏLA JEST ETDİLƏR

Premyer Liqaya gəldiyi gündən təşkil etdiyi sosial aksiyalarla diqqət çəkən “Turan Tovuz” növbəti dəfə nümunəvi addımla yadda qalıb.

Fevralın 16-sı günorta saatlarında Tovuz rayonundan 50 kilometr uzaqlıqda yerləşən Şamlıq kənd orta məktəbini ziyarət edən klub rəsmiləri və futbolçular məktəbin müəllim və şagird heyəti ilə görüşüb, onların suallarını cavablandırıb.

“Turan Tovuz” tərəfindən məktəbə hədiyyələr verilib, sonda xatirə şəkli çəkdirilib.

Bu, əksər bölgə klublarının ata biləcəyi, daha doğrusu, atmalı olduğu addımdır. Digər məsələ isə daha çox sevgi və hörmət təzahürüdür.

“Turan Tovuz” klubun sosial media səhifələri vasitəsi ilə Avropa arenalarından qürur yerimiz “Qarabağ”a “Gent”lə oyunda uğurlar arzulayıb.

Bölgə təmsilçisinin bu jesti izləyicilər tərəfindən xoş qarşılanıb. Yazılan şərhlərdən “Turan Tovuz”u çempionatdakı rəqibinə qarşı bu cür addım atmasını alqışlayanlar az olmayıb.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti