«Turan Tovuz»un yeni baş sponsoru olan «Hünər Qrup»un klubla bağlı bir neçə planı var.
Bu barədə Sportinfo.az-a əyalət təmsilçisindən bildirilib.
Redaksiyamıza verilən məlumata görə, inşaat sektoru üzrə ixtisasldaşmış tərəfdaş rayon ərazisində bir neçə futbol meydançası tikəcək.
Tovuzun özündə və müxtəlif kəndlərində belə sahələrin salınmasına yaydan etibarən start veriləcək. Klub tərəfindən ayrılmış məşqçilər burada davamlı olaraq məşqlər keçəcək və daha çox seçilən uşaqlar akademiyaya götürüləcək.
«Turan Tovuz»la 4,5 illik sponsorluq müqaviləsi imzalayan «Hünər»in ilkin olaraq bura 1,5 milyon manat vəsait ayırmasını bir daha xatırladaq.

