Azərbaycandakı alban: "Özüm də belə böyümüşəm, uşaqlara dedim ki, heç vaxt..."

17 Fevral 2023 17:00 Turan 852
Azərbaycandakı alban: "Özüm də belə böyümüşəm, uşaqlara dedim ki, heç vaxt..."

"Turan Tovuz"un futbolçuları və rəhbərlik Məzahir Quliyev adına Şamlıq kənd tam orta məktəbinin qonağı olub.

Rayonun ən ucqar kənd məktəblərindən olan Şamlıq kənd tam orta məktəbində 175 şagird təhsil alır.

Şəhər mərkəzindən 50 kilometr uzaqlıqda yerləşən kəndin sakinləri və şagirdlər "Turan Tovuz"un oyunlarına tez-tez gələ bilmədiyindən klub onların qonağı olmaq qərarına gəlib.

Qonaq gedən futbolçular arasında yerlilərlə bərabər əcnəbilər də yer alıb. Onlardan biri də qış fasiləsində heyətə cəlb edilən yeni transfer Belajdi Pusi olub.

Albaniyalı hücumçu şagirdlərlə görüş barədə təəssüratlarını Sportinfo.az-a danışıb:

“Maraqlı görüş oldu. Kimisə azacıq sevindirmək çox xoşdur. Azyaşlı uşaqlarla səmimi söhbətlər etdik.

Onlara dedim ki, heç vaxt arzularından əl çəkməsinlər. İnanıram ki, ağıllı və yaraşıqlı uşaqların uğurlu həyatı olacaq”.

25 yaşlı futbolçu vətənində də oxşar görüşlərin iştirakçısı olduğunu sözlərinə əlavə edib:

“Bəli, Albaniyada belə görüşlərdə olmuşam. Özüm də bu uşaqlar kimi böyümüşəm.

Ona görə də hər zaman onları motivasiya etməyə, bacardığım qədər kömək etməyə çalışıram”.

XANOĞLAN

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti