Bir müddət əvvəl Tovuz stadionuun ərazisində torpaq çökmüş ki, bu da ciddi narahatlıq yaratmışdı.
Ehtiyat meydançaya yaxın hissədə əmələ gəlmiş «yarğan» get-gedə dərinləşirdi.
Çirkab sularının bir yerə yığılması və axıntısı üçün tikilmiş anbarın asvalt qatının parçalanması göstərdi ki, tikintini aparmış şirkət öz üzərinə düşən işi başdansovdu həyata keçirib.
Artıq «Turan Tovuz» rəhbərliyi yaranmış problemi aradan qaldırıb. Qeyd olunan ərazidə təmir-tikinti işləri aparılıb.
SPORTİNFO.AZ

