Tovuzlular Türkiyə üçün belə birləşdi – "TURAN"DAN MARAQLI VİDEO

15 Fevral 2023 11:40 Turan 500
Tovuzlular Türkiyə üçün belə birləşdi – "TURAN"DAN  MARAQLI VİDEO

«Turan Tovuz» Türkiyədə zəlzələdən əziyyət çəkənlərə yardım məqsədilə həftəsonu aksiya təşkil etdi.

Premyer Liqanın 22-ci turu çərçivəsində «Kəpəz»lə qərb derbisinə çıxan Tovuz klubu bilet satışından qazandığı pulu qardaş ölkəyə yolladı.

«Turan»ın ətrafında birləşən yerli futbolsevərlər 7000 manatdan artıq vəsait topladı.

Aksiyanın böyük maraq doğurduğunu, publikanın xüsusi həvəslə stadiona axışdığını deyə bilərik.

Yaşından asılı olmayaraq, xeyli azarkeş kassalara yaxınlaşıb. Simvolik biletə 500 manat ödəyən kim, 200 manat ödəyən kimi…

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti