Azərbaycan klubunun futbolçuları bu xəbəri bayram edir!

14 Fevral 2023 16:40 Turan 1 023
Azərbaycan klubunun futbolçuları bu xəbəri bayram edir!

“Turan Tovuz” yeni sponsorla müqavilə bağladı.

Bundan sonra “Huner Group” qərb təmsilçisinə müəyyən məbləğdə maliyyə yardımı etməklə klubun inkişafına töhfə vermiş olacaq.

Sponsorun gəlişi ilə komandanın məşqçi və futbolçu heyətinin üzü gülüb. Burada söhbət təkcə Tovuzdakı akademiyada şəraitin yaxşılaşdırılmasından və yayda heyətin güclənəcəyindən getmir.

İş burasındadır ki, “Huner Group”un gəlişi ilə qələbə və heç-heçələrə görə təyin olunan mükafatın məbləğində də artımın olacağı diqqətə çatdırılıb.

Artıq siftə edilib. “Kəpəz”lə qərb derbisindən öncə “Huner Group”un baş direktoru Ehtiram Quliyev kollektivlə görüşərək yaxşı məbləğdə mükafat söz verib.

Söhbət əvvəlki həvəsləndirici paranın iki qat artığından verib. Ehtiram bəy oyunu stadionda izləyib, “Turan Tovuz” onu sevindirib. Buna görə də vəd etdiyi mükafat yaxın günlərdə komanda üzvlərinə paylanacaq.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti