Premyer Liqanın 22-ci turunun gərgin qarşılaşmalarından biri Tovuzda baş tutdu.
"Qərb derbisi" kimi tarixə keçən oyunda "Kəpəz" "Turan Tovuz"un qonağı oldu.
Barışmaz rəqiblərin duelində gülən tərəf meydan sahibləri oldu - 2:0.
Ayxan Abbasovun yetirmələri hər hissədə vurduğu 1 qolla rəqibinə heç bir şans tanımadı. Qış fasiləsində istədiyi transferlərdən hamısını olmasa da, ikisini həyata keçirən Abbasov kollektivd ciddi dəyişikliyə nail ola bilib.
İndi onun yetirmələri daha inamlı görünür, hücumda daha çox vaxt keçirir. Hələ Belajdi Pusi özünə gəlməyib, adaptasiya prosesin keçməklə məşğuldur. Proes tez bitsə, hücum fazası bir qədər də üstünə qoya biləcək.
Ayxan Quseynovun oyunun xüsusi qeyd etmək yerinə düşər. Mövsümün ilk yarısında istəniləni verməyən vinger, deyəsən, yavaş-yavaş baş məşqçinin tələblərinə cavab verməyə başlayır.
Ön xəttlə bağlı xoş sözləri heç də müdafiə zonası haqqında demək olmaz. Arxada qalan 4 görüşdə arxa xətt oyunçularının səhfləri diqqətdən qaçmır. Buraxılan 5 qolda da bunu açıq-aşkar görmək olar.
Halbuki qışa qədər tovuzlu müdafiəçilər daha inamlı görünürdü. Bunu da komandanın indi hücuma daha çox meyl etməsi ilə bağlamaq olar. Denis Marandiçin gəlişindən sonra müdafiənin cinahları demək olar davamlı hücumlara qoşulur, aktiv iştirakçıya çevrilirlər.
Belədə mərkəz müdafiəçilərinin yükü birə-beş artmış olur. Onlar buna alışmalıdırlar. Təbii ki, indiki səhvləri görə-görə. Yəqin ki, indi üzü gülən Ayxan müəllimin gözündəki yorğunluq da ondan sonra aradan gedəcək.
Bir sözlə, təcrübəli mütəxəssis xırda-xırda Tovuzda öz "yeni əsəri"n formalaşdırır. Ümid edək ki, yarımçıq qalmayacaq/qoymayacaqlar. Zirədə, Sumqayıtda olduğu kimi...
XANOĞLAN İMANOV

