«Turan Tovuz»u himayəsinə götürən Ehtiram Quliyevlə bağlı maraqlı fakt üzə çıxıb.
Premyer Liqanın debütantı ilə 4,5 illik sponsorluq müqaviləsi imzalayan «Hünər Qrup»un təsisçisi və direktoru «Qarabağ» azarkeşi imiş.
Şirkət sahibi Azərbaycan çempionunun avrokuboklarda keçirdiyi matçları izləmək üçün dəfələrlə müxtəlif xarici ölkələrə yollanıb.
O, bu komandanın baş məşqçisi Qurban Qurbanovla illərdir dostluq edir. Cütlük tez-tez bir araya gəlir, çay və yemək masası arxasında futbola dair müzakirələr aparır.
Tovuzu biznesmendə futbola marağı da «köhlən atlılar»ın çalışdırıcısı yaradıb. Quliyev «Turan»la sponsorluq anlaşmasından xeyli öncə ondan bu konteksdə məsləhət alıb.
SPORTİNFO.AZ

