“Kəpəz” çempionatda baxımlı futbol oynayan komandalardandır.
Məşqçilər heyəti oyunlarını təhlil edib bizə lazım olan məlumatları vermişdi”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında komandasının “Kəpəz” üzərində 2:0 hesablı qələbəsini şərh edən “Turan Tovuz”un kapitanı Şəhriyar Əliyev deyib.
Müdafiəçi matçın bərabər idman mübarizəsi şəraitində keçməsinə baxmayaraq, əldə olunan zəfərin sirrini açıqlayıb:
“Son matçlarda yaxşı təsir bağışlayırdıq. “Qarabağ”a qarşı pis oynamamışdıq. “Sumqayıt”la görüşdə fərdi səhvlər üzündən uduzduq.
“Qarabağ” kimi güclü rəqibin qapısından 2 top keçirməyi bacarmışdıq. “Şamaxı” üzərindəki qələbədən sonra komandadakı özünəinam qayıtmışdı.
Psixoloji vəziyyətin yaxşılaşması komandaya inam vermişdi. Qələbə qazanacağımıza inanırdım, çünki komandadakı istəyi görürdüm. “Kəpəz”in boşluqlarını bilirdik və bundan maksimum yararlandıq”.
HƏBİB

