Yatmağı olmayan, təpədən-dırnağa… Əzbərin məşqçisi

12 Fevral 2023 09:40 Turan 639
Yatmağı olmayan, təpədən-dırnağa… Əzbərin məşqçisi

İyirmi iki həftəyə 23 xal.

«Turan Tovuz»u 9 ildən sonra qayıtdığı Premyer Liqada yerini möhkəmlətməsi münasibətilə indidən təbrik eləmək olar.

Ən yaxın təqibçisi kimi görünən «Şamaxı»nı 7 xal qabaqlayan debütant builki əsas məqsədinin öhdəsindən gəlmək üzrədir, bir şey qalmayıb.

Yeni sponsorun gəlişinin rəsmiləşdiyi gün qərb derbisinə çıxan «Turan» Tovuza axın edənləri «Kəpəz» üzərində qələbəylə sevindirdi.

Qalibiyyətə layiq idilərmi, idilər. Ayxan Abbasov - Tərlan Əhmədov duelini birinci qazandı və hiss olundu ki, o, qonşu şəhərdən gəlmiş qonaqları təpədən-dırnağa analiz edib, öyrənib.

İnanıram ki, günlərlə yatmayıb, yuxusuz gecələr keçirib, «Kəpəz»i A-dan Z-yə əzbərləyib.

Final fiti ona elə rahatlıq verdi ki… Üz-gözü gülürdü. Sanki üzərindən dağ boyda götürülmüşdü. Axı niyə də olmasın, klubu himayəsinə götürən şəxs onu və komandasını təbrik etməyə tələsirdi.

Futbolda elə anlar var ki, onu yaşamaq lazımdır. Bu, çətin an da ola bilər, yaxşı an da. Əsas o günün «damar»ını tutmaq, o günə hazırlaşmaqdır.

Belə günlərdə hər şeyi taleyinə ümidinə buraxmaq təhlükəlidir. Bəxtəbəxt görülən işin sonu olmur, müvəqqətidir. «Turan» növbəti derbini şansa etibar etmədi, qazanmağı cani-dildən istədi.

Hesabı açan Runi Eva, qol vurmasa da, qol vuranlar qədər komandanı öz arxasınca aparan Natan Oduva Ayxan Abbasovun əlini gücləndirən «nüvə»dir.

Bu legionerləri yayda Tovuzda saxlamaq çətin olacaq. Müştərilər qapıdadır.

MUSA

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti