Premyer Liqanın 22-ci turunda “Turan Tovuz” doğma meydanda “Kəpəz”i qəbul edib.
Meydan sahibləri Runi Eva və Xəyal Nəcəfovun vurduğu qollarla qələbə qazanıb.
Ev sahiblərinin qonaqları məyus etdiyi hər 2 qol zamanı klub rəhbərliyi VİP-lojada qol sevincini maraqlı şəkildə qeyd edib.
Birinci qol zamanı “Turan Tovuz”un yeni titul sponsoru “Huner Group”un təsisçisi və baş direktoru Ehtiram Quliyev əyləşdiyi yerdən ayağa qalxaraq ətrafındakıları bağrına basıb.
İkinci qolda klubun prezidenti Oqtay Abdullayev diqqət mərkəzinə düşüb. Abdullayev oyunu canlı izləyən AFFA İcraiyyə Komitəsinin üzvü və Regional Futbol Federasiyasının prezidenti İsgəndər Cavadovu qucaqlayıb.
AFFA-nın Gəncə futbolu üzrə kuratoru olan İsgəndər bəy dostunun sevincini sakit şəkildə qarşılayıb.
HƏBİB / SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

