Premyer Liqanın 22-ci turu çərçivəsində “Turan Tovuz” doğma meydanda “Kəpəz”i qəbul edir.
Oyundan əvvəl Tovuz şəhər stadionunda təsirli anlar yaşanıb.
Arenada “Türkiyəm” mahnısı səsləndirilib ki, tribunada yer alanlar nəqarət hissəsini birlikdə oxuyub.
Bununla yanaşı, Azərbaycan və Türkiyə bayraqları dalğalandırılıb, qardaş ölkəyə dəstək naminə müxtəlif pankartlar açılıb.
Bu hal stadiondakı mənzərəni canlı görənlərin kövrəlməsinə səbəb olub.
“Turan Tovuz”un futbolçuları meydana “Ayrılarmı könül canda, “Türkiyə” – Azərbaycan?! Başımız sağ olsun!” plakatı ilə çıxıb.
Fevralın 6-da Türkiyənin bir neçə şəhərində baş vermiş zəlzələ nəticəsində 20 mindən çox insan dünyasını dəyişib, xeyli sayda insan dağıntılar altında qalıb.
HƏBİB, TOVUZ
SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

