"Digər şirkətlər də futbola sponsorluq edəcəklər, əllərini daşın altına qoyacaqlar"

11 Fevral 2023 13:20 Turan 733
"Digər şirkətlər də futbola sponsorluq edəcəklər, əllərini daşın altına qoyacaqlar"

"Huner Group"un təsisçisi Ehtiram Quliyev "Turan Tovuz"la imzalanan rəsmi müqavilədən sonra jurnalistlərə müsahibə verib.

Sportinfo.az xəbər verir ki, o, kluba sponsorluq etməklərindəki məqsədlərdən söz açıb.

- Bu sponsorluğun uşaq futboluna təsiri necə olacaq?
- Bizim sponsorluğumuz uzun müddət üçün planlaşdırılıb. İlkin mərhələdə 4,5 illik müqavilə imzalamışıq. Öncəliyimiz akademiya olacaq. Nəticələr ictimaiyyət üçün çox önməlidir. Amma əsas diqqətimiz akademiyada olacaq. Nəticələri gələcəkdə görəcəyik.

- Hər sponsor komandanın qarşısına məqsəd qoyur. "Turan Tovuz"un qarşısına hansı məqsədi qoymusuz?
- Pilləli inkişaf planı əsas işimizdir. Biz gələn kimi hər şey həll olunmur. İdman nailiyyətləri daha sonra düşünülməli olan işdir. Əsas məqsədimiz struktur qurmaqdır. İdman nailiyyəti də gələrsə, çox gözəl.

- Sponsor olaraq şirkətinizdən klub rəhbərliyində kimsə təmsil ediləcək?
- İki üzvümüz İdarə Heyətində təmsil olunacaq. Özümüz də, qəlbimiz də, ruhumuz da "Turan Tovuz"un yanıdadır, Hələ ki, belə qərar vermişik. Gələcəkdə necə olacağını görəcəyik.

- Komandanın avtobusu yoxdur. Bu məsələdə dəstək olacaqsız?
- Təbii ki. Buradan azarkeşlərə səslənirəm. Onları "Turan Tovuz 100k" layihsəinə dəstək olmağa dəvət edirəm. Əgər mövsümün sonunda məbləğ çatmasa, biz də dəstək olacağıq.

- Çox şirkət klublara sponsorluq edib, amma uğursuz alınıb. Bu mövzuda narahatlığınız yoxdur?
- Təii ki, bu, futboldur. İdman nailiyyətə yanlız idarəetmə ilə olmur. Biz nəticələr üçün buraya gəlməmişik. Əgər klubumuz birinci diviziona düşsə belə, müqaviləmiz qüvvədə qalacaq. Bu, könül işidir. Əlimizdən gələni edəcəyik.

- Digər iş adamlarına futbola sponsorluq etməklə bağlı çağırışınız var?
- Bəzi dəyərlər ölçülə bilmir. Bu sponsorluq könül işidir, burada qarşılıq güdülmür. Digər şirkətlər də ümid edirəm ki, futbola sponsorıluq edəcəklər, əllərini daşın altına qoyacaqlar.

- Stadionda tablo və projektor problemi var. Bu, nə vaxt həll olunacaq?
- Ən qısa zamanda bu işlərlə bağlı tədbirlər görüləcək. Amma maliyyə imkanlarına da baxmaq lazımdır. Haqlı mövzuya toxundunuz. Amma daha yaxından tanış olduqda gördüm ki, bundan da vacib məsələlər var.

- "Qarabağ"a "Azersun" şirkəti uzun illərdir sponsorluq edir və artıq bunun bərhəsini görürlər. Sizin səbriniz çatacaq?
- Məhz buna görə müqaviləni 4,5 illik imzaldıq. Zaman hər şeyi göstərəcək. Uzunmüddətli yanaşmamız olacaq. Məsələləri köklü həll etmək lazımdır. "Qarabağ"ın çox gözəl ənənəsi var. Bu da uzunmüddətli planın nəticəsidir.

- Tovuzlu olmasaydınız, "Turan Tovuz"a sponsorluq edərdiniz?
- "Turan Tovuz"u seçməyimizin əsas səbəbi adıdır. Bu, sadəcə adı deyil, bir fəlsəfədir, vizyondur. Tovuzlu olmasaydım da, çox güman ki, yenə seçərdim.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti