Qurban, tort, 500 manat - Bir jesti ilə hər kəsin marağına səbəb olan bu şəxs kimdir?

10 Fevral 2023 19:00 Turan 891
Qurban, tort, 500 manat - Bir jesti ilə hər kəsin marağına səbəb olan bu şəxs kimdir?

“Turan Tovuz” zəlzələdən əziyyət çəkən Türkiyəyə yardım məqsədi ilə aksiya başladıb.

Sabah doğma məkanda “Kəpəz”lə qərb derbisinə çıxacaq klub bilet satışından əldə olunacaq gəlirin hamısını qardaş ölkəyə göndərəcək.

Aksiyaya böyük maraq var. Tovuzdakı oyuna gələ bilməycək azarkeşlər bilet alaraq aksiyaya qoşulurlar.

Tovuzlu azarkeşlərdən olan Sahib Musayev 1 ədəd simvolik bilet alaraq 500 manat ianə etməklə öz köməkliyini əsirgəməyib.

Sportinfo.az adıçəkilən səxavətli şəxslə bağlı kiçik araşdırma aparıb.

Redaksiyamıza verilən məlumata görə, “Turan” azarkeşlərinin “Molla” ləqəbi verdiyi Sahib Musayev doğma rayonun klubuna çox bağlı bir futbolsevərdir.

O, komandanın bütün oyunlarını stadionda izləyir və tez-tez bazaya qonaq gəlir.

Futbolçuları torta qonaq edən fanatın bir jestindən isə Tovuzda hər kəs xəbərdardır. Belə ki, Musayev Tovuzun 9 illik aradan sonra Premyer Liqaya qayıtması münasibətilə stadionda qurban kəsib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti