Tovuz camaatından mərd-mərdanə jest - "Turan"ın aksiyasına böyük maraq

10 Fevral 2023 00:40 Turan 546
Tovuz camaatından mərd-mərdanə jest - "Turan"ın aksiyasına böyük maraq

Məlum olduğu kimi, “Turan Tovuz” zəlzələdən əziyyət çəkən Türkiyəyə yardım məqsədi ilə aksiya başladıb.

Sportinfo.az xəbər verir ki, “Turan Tovuz” – “Kəpəz” oyununda bilet satışından əldə olunacaq gəlirin hamısı qardaş ölkəyə göndəriləcək.

Qərb bölgəsi təmsilçisinin başlatdığı aksiyaya böyük maraq var. Tovuzdakı oyuna gələ bilməycək azarkeşlər bilet alaraq aksiyaya qoşulurlar.

Tovuzlu azarkeşlərdən olan Sahib Musayev 1 ədəd simvolik bilet alaraq 500 manat ianə etməklə öz köməkliyini əsirgəməyib.

"Turan Tovuz” – “Kəpəz” oyunu 11 fevral tarixində keçiriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti