Bombardir “Sportinfo”ya danışdı, söz verdi - BACARACAQMI?

9 Fevral 2023 21:20 Turan 1 080
Bombardir “Sportinfo”ya danışdı, söz verdi - BACARACAQMI?

“Kəpəz”lə oyun derbi hesab olunur. “Turan Tovuz”a gəldiyim ilk günlərdə bu barədə mənə demişdilər.

Cari mövsümdəki oyunlarımızın gərgin keçdiyinin şahidi olmuşam”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Kəpəz”lə baş tutacaq qərb derbisi haqda fikir bildirən “Turan Tovuz”un legioneri Runi Eva deyib.

Kamerunlu hücumçu rəqibi doğma meydanda qəbul etməyin üstünlüyündən söz açaraq komanda üzvlərinin qarşısında duran məqsədi açıqlayıb:

“Uzun müddət idi qələbə qazana bilmirdik. “Şamaxı”yla oyunda bunu bacarıb xal ehtiyatımızı artırdıq. İndi isə növbəti 3 xalı əldə etməyin vaxtıdır.

Əhval-ruhiyyəmiz yaxşıdır. Üstəlik, sevimli azarkeşlərimizin önündə oynayacağıq və onların dəstəyini mütləq hiss edəcəyik.

Meydana qalibiyyət üçün çıxacağıq və bunu bacaracağımıza inanıram”.

8 qolla qərb təmsilçisinin ən sərrast futbolçusu olan Runi saytımız vasitəsilə tovuzlu azarkeşlərə söz verib:

“Hücumçuyam və işim qol vurmaqdır. “Kəpəz”lə oyuna da qol vurmaq üçün çıxacağam. Azarkeşlərə minimum 1 qol söz verirəm”.

Fevralın 11-də Premyer Liqanın 22-ci turu çərçivəsində keçiriləcək “Turan Tovuz” – “Kəpəz” oyunu saat 14:00-da başlayacaq.

Bu oyunun bilet satışından əldə olunacaq gəlir Türkiyəyə - zəlzələdən əziyyət çəkən insanlara göndəriləcək.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti