"Bunun xüsusi sirri yoxdur"

9 Fevral 2023 16:20 Turan 552
"Bunun xüsusi sirri yoxdur"

“Şamaxı” doğma meydanda xoş təsir bağışlayır.

Burada qələbə qazanmaq heç bir rəqib üçün asan deyil.

Baş məşqçimizin verdiyi tapşırıqları yerinə yetirib qələbə qazanmağı bacardıq”.

“Turan Tovuz”un yarımmüdafiəçisi Xəyal Nəcəfov Sportinfo.az-a açıqlamasında komandasının Premyer Liqanın 21-ci turu çərçivəsində “Şamaxı” ilə keçirilmiş oyunu şərh edib.

Oktyabrın 28-dən bu yana çempionatda qələbəyə həsrət qalan qərb təmsilçisi qalibiyyətsiz oyunlar seriyasına Şamaxıda son qoydu.

“10 nömrə” cari mövsümdə ölkə kubokunda və Premyer Liqada bu rəqib üzərində Şamaxıda qazanılan ardıcıl üçüncü 1:0 hesablı qələbənin xüsusi sirrinin olmadığını vurğulayıb:

“Əlbəttə, rəqibin də yaxşı imkanları oldu. Lakin bizə əlimizə düşən fürsətdən maksimum yararlanmağı bacardıq.

Fikrimcə, qələbənin xüsusi sirri yoxdur. Sadəcə, məşqçilər heyəti rəqibi yaxşı analiz etmişdi.

Neçə oyun idi qalib gələ bilmirdik. Ona görə də bütün gücümüzü ortaya qoyduq ki, 3 xal qazanaq. İstəkli olmağımız qalibiyyətdə əsas rol oynadı”.

Şamaxıda əldə olunan zəfər sayəsində xalların sayını 20-yə yüksəldən “Turan Tovuz” 6-cı pillədəki mövqeyini bərkidib. Qərblilər fevralın 11-də Tovuzda əzəli rəqibi “Kəpəz”lə üz-üzə gələcək.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti